Home » Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradıldı

Azərbaycanda “Invest in Azerbaijan” informasiya sistemi yaradıldı

by Zeyneb
0 comments 1 views 0 minutes read

İnvestisiya fəaliyyəti ilə bağlı xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında təqdim olunması məqsədilə “Invest in Azerbaijan” adlı yeni informasiya sistemi yaradılıb.

Bu barədə Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanda bildirilir.

Yeni sistem investorların elektron qaydada müraciət etməsinə və Azərbaycanda investisiya mühiti, layihələr, mövcud tələblər, imtiyaz və güzəştlər barədə bütün zəruri məlumatlara bir məkandan çıxış əldə etməsinə imkan verəcək.

Sistemin idarəetməsi:

  • Sistemin sahibi – İqtisadiyyat Nazirliyi

  • Operator – AZPROMO (Azexport və İnvestisiyaların Təşviqi Agentliyi)

Fərmana əsasən, Nazirlər Kabineti və aidiyyəti dövlət qurumları sistemin tətbiqi, “Hökumət buludu” (G-Cloud) konsepsiyasına uyğun yerləşdirilməsi və digər texniki-təşkilati məsələlərin icrasını təmin etməlidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.