
Oktyabrın 13-də saat 11:00-da “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq.
BBN.az xəbər verir ki, iclas şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 102A ünvanında yerləşən baş ofisində keçiriləcək.
Gündəlikdə bölüşdürülməmiş mənfəətin bir hissəsi hesabına dividendin ödənilməsi, həmçinin təşkilati və idarəetmə məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, “CPM-İnvest” 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə 9,8 dəfə azdır.
Xatırladaq ki, 2021-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir. İnvestisiya şirkətinin yeganə səhmdarı Kəmalə Məmmədovadır.







