Home » Azərbaycanda islam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması gecikir

Azərbaycanda islam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması gecikir

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində ötən il sukuk və kapital bazarlarına aid digər İslam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması və təşviq edilməsi baş tutmayıb.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, kapital bazarları ilə bağlı kraudfandinq sahəsində normativ bazanın formalaşdırılması, o cümlədən peşəkar investorlara dair tələblər üzrə tənzimləyici çərçivənin formalaşdırılması, investisiya şirkətinin davamlı kapital tələbləri, hesabatlıq standartları və lisenziyalaşdırılan şəxslərin risk skorinqinin müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması, maliyyə vasitəçilərinin iflası halında investorları qorumaq məqsədilə investor kompensasiyası sxeminin yaradılması və qiymətli kağızların mövcud emissiya qaydalarının yenidən işlənməsi fəaliyyətlərinin icrası da təmin edilməyib.

AMB növbəti dövrdə IOSCO prinsiplərinə uyğunluğun təmin edilməsini, klirinq və hesablaşma funksiyaları baxımından əsas infrastruktur

elementi kimi MKİ-nin yaradılması potensialının qiymətləndirilməsini, investisiya fondları ilə bağlı tənzimləyici çərçivənin qabaqcıl

təcrübələrə uyğun olaraq təkmilləşdirilməsini, təkmilləşdirilmiş nəzarət planının tərtib edilməsi və nəzarət alətlərinə, məlumat mənbələrinə və təhlil metodlarına (SupTech) yenidən baxılmasını, risk əsaslı nəzarət çərçivəsinin hazırlanmasını və tətbiqini planlaşdırır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.