Home » Azərbaycanda ÜDM 0,8% artıb

Azərbaycanda ÜDM 0,8% artıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 0,7% azalıb, qeyri-neft-qaz sektorunda isə 1,5% artım qeydə alınıb.

ÜDM istehsalında ən böyük pay 34,6%-lə sənaye sektorunun payına düşüb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payı 10,6%, nəqliyyat və anbar təsərrüfatının payı 7,3%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payı 5,9%, tikintinin payı 4,9% təşkil edib.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin ÜDM-də payı 2,9%, informasiya və rabitənin payı 2%, digər sahələrin payı isə 22,2% olub. Məhsula və idxala xalis vergilər isə ümumi daxili məhsulun 9,6%-ni təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.