
Azərbaycanın bank sektoru 2025-ci ilin yanvar-avqust aylarında 774,3 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hesabat dövründə bankların əməliyyat gəlirləri 4 milyard 454 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 19 % artım deməkdir. Əməliyyat xərcləri isə 25,95 % artaraq 3 milyard 221,5 milyon manata yüksəlib.
Bankların xüsusi ehtiyatlara ayırmaları 271 milyon manat olub (13,25 % çox), gözlənilməz gəlirləri 0,6 milyon manat təşkil edib (76 % az). Mənfəət vergisi üzrə ödənişlər isə 7,3 % artaraq 187,9 milyon manat səviyyəsində qeydə alınıb.
Mənbə: Report.az




