Home » AMB rəsmisi: Cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

AMB rəsmisi: Cari əməliyyatlar balansında 1,7 milyard dollarlıq profisit qeydə alınıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2026-cı ilin birinci rübündə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 1,7 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu göstərici ümumi daxili məhsulun (ÜDM) 9,5 faizini təşkil edib.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, hesabat dövründə kapital və maliyyənin hərəkəti balansında da müsbət dinamika müşahidə olunub. Belə ki, Azərbaycanın xarici maliyyə aktivləri təxminən 200 milyon ABŞ dolları artıb, xalis maliyyə öhdəlikləri isə 2 milyard dollara yaxın azalıb.

“Bu dövrdə digər komponent olan kapital və maliyyənin hərəkəti balansında xarici maliyyə aktivlərimiz təxminən 200 milyon dollar artmış, xalis maliyyə öhdəliklərimiz isə 2 milyard dollara yaxın azalıb. CƏB-in ÜDM-ə nisbətinin 9,5 faiz olması makroiqtisadi sabitlik baxımından müsbət hal sayılmalıdır”, – deyə Samir Nəsirov vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.