
2026-cı ilin birinci rübündə Azərbaycan neftinin reallaşmış orta qiyməti 79,5 ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.
Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə Azərbaycan qazının ixrac olunmuş hər min kubmetrinin orta qiyməti 268 ABŞ dolları olub.
Samir Nəsirov qeyd edib ki, enerji daşıyıcılarının ixrac qiymətlərində müşahidə olunan dinamika ölkənin xarici ticarət göstəricilərinə və valyuta daxilolmalarına müsbət təsir göstərib.




