Home » Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım layihəsi həyata keçiriləcək

Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım layihəsi həyata keçiriləcək

by bbnadm
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Dünya Bankının dəstəyi ilə “CESİ” məsləhətçi şirkəti tərəfindən həyata keçiriləcək “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım” layihəsi nəzərdən keçirilib, layihə üzrə görüləcək işlər, atılacaq addımlar müzakirə edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına əldə olunacaq elektrik enerjisinin şəbəkəyə ötürülməsi ilə əlaqədar müvafiq təhlillərin aparılması və hesabatın hazırlanmasıdır. Bu çərçivədə istehsalın və ötürücü şəbəkənin 2035-ci ilədək perspektiv inkişafına dair əlaqələndirilmiş planın hazırlanması da nəzərdə tutulur.

Layihə üzrə aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərin ilkin görüşü cari ilin 17 may tarixində keçiriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.