Home » Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlandı

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlandı

by ulviyya
0 comment 0 views 2 minutes read

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 4 milyard 261 milyon 917 min ABŞ dolları təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur.

MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 28,7%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 2 milyard 786 milyon 710 min ABŞ dolları (1 il əvvələ nisbətən 26,8% çox), Türkmənistanla 644 milyon 767 min ABŞ dolları (2,7 dəfə çox), Qazaxıstanla 256 milyon 700 min ABŞ dolları (30,5% az), Belarusla 218 milyon 349 min ABŞ dolları (18,8% çox), Ukrayna ilə 208 milyon 742 min ABŞ dolları (2,4 dəfə az), Özbəkistanla 105 milyon 929 min ABŞ dolları (10,6% az), Qırğızıstanla 29 milyon 733 min ABŞ dolları (5,9 dəfə çox), Moldova ilə 6 milyon 880 min ABŞ dolları (48,9% az), Tacikistanla 4 milyon 103 min ABŞ dolları (7,2% çox) olub.

8 ay ərzində Azərbaycandan Rusiyaya 794 milyon 478 min ABŞ dolları (illik müqayisədə 46,1% çox), Qazaxıstana 75 milyon 39 min ABŞ dolları (72% çox), Türkmənistana 56 milyon 622 min ABŞ dolları (4,7 dəfə çox), Ukraynaya 53 milyon 561 min ABŞ dolları (6,2 dəfə az), Özbəkistana 29 milyon 849 min ABŞ dolları (2,1% çox), Qırğızıstana 27 milyon 323 min ABŞ dolları (22,3 dəfə çox), Belarusa 19 milyon 859 min ABŞ dolları (4 dəfə az), Tacikistana 4 milyon 62 min ABŞ dolları (9% çox), Moldovaya 3 milyon 645 min ABŞ dolları (2,9 dəfə az) dəyərində məhsul ixrac edilib. Ölkənin ümumi ixracında Rusiya 3,3%, Qazaxıstan 0,3%, Türkmənistan 0,2%, Ukrayna 0,2%, Özbəkistan 0,1%, Qırğızıstan 0,1%, Belarus 0,08%, Tacikistan 0,02%, Moldova 0,01% paya sahib olub.

Yanvar-avqustda Azərbaycana Rusiyadan 1 milyard 992 milyon 232 min ABŞ dolları (20,5% çox), Türkmənistandan 588 milyon 145 min ABŞ dolları (2,5 dəfə çox), Belarusdan 198 milyon 490 min ABŞ dolları (93,8% çox), Qazaxıstandan 181 milyon 661 min ABŞ dolları (1,7 dəfə az), Ukraynadan 155 milyon 180 min ABŞ dolları (5% az), Özbəkistandan 76 milyon 80 min ABŞ dolları (14,7% az) Moldovadan 3 milyon 235 min ABŞ dolları (25,3% çox), Qırğızıstandan 2 milyon 409 min ABŞ dolları (36,8% az), Tacikistandan 40 min ABŞ dolları (59,6% az) dəyərində məhsul idxal edib. Ölkənin ümumi idxalında Rusiya 17,9%, Türkmənistan 5,3%, Qazaxıstan 1,6%, Belarus 1,8%, Ukrayna 1,4%, Özbəkistan 0,7%, Qırğızıstan 0,02%, Moldova 0,03% paya sahib olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.