Home » “Azərikard” və tərəfdaş banklarının nümayəndələri Belçikaya səfər ediblər

“Azərikard” və tərəfdaş banklarının nümayəndələri Belçikaya səfər ediblər

by anar
0 comments 1 views 1 minutes read

2023-cü ilin 19-21 sentyabr tarixlərində “Azərikard” prosessinq mərkəzi və OpenWay beynəlxalq şirkətlər qrupu tərəfindən Azərbaycan bankları üçün işgüzar görüş, həmçinin OpenWay şirkətinin Belçikanın Lüvan-la-Növ şəhərində yerləşən baş ofisinə səfər təşkil edilib.

Səfərin əsas məqsədini OpenWay komandası ilə tanışlıq, birgə layihələrin idarə edilməsində yeni yanaşmaların müzakirəsi , OpenWay şirkətinin innovativ məhsul və xidmətləri ilə tanışlıq, həmçinin, təşkilatın qlobal bazarlarda – ABŞ, Avstraliya, Belçika, İtaliya, Finlandiya, Polşa, Kipr, Ukrayna, Qazaxıstan, Gürcüstan, BƏƏ, Vyetnam, İndoneziya, Keniya və s. ölkələrdə nümayiş etdirdiyi təcrübənin ətraflı müzakirəsi təşkil edirdi.

Bununla yanaşı, səfər zamanı OpenWay şirkətinin yüksək ixtisaslı menecer və mütəxəssislərinin iştirakı ilə işgüzar sessiyalar, diskussiyalar və “dəyirmi masa” iclasları keçirilmişdir. Bu səfər tərəfdaş banklar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı “Azərikard” prosessinq mərkəzinin daha da təkmilləşdirilməsi və inkişafı üçün müxtəlif ölkələrin ən yaxşı təcrübələrindən istifadə etmək istəyini nümayiş etdirirdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.