Home » “Azəristiliktəchizat” payız-qış mövsümünə hazırlıqla əlaqədar açıqlama yayıb

“Azəristiliktəchizat” payız-qış mövsümünə hazırlıqla əlaqədar açıqlama yayıb

by ulviyya
0 rəy 4 baxış 3 dəqiqə oxuma

“Azəristiliktəchizat” ASC-nin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədilə bu il ərzində təmir işləri çərçivəsində 1000 kilometrdən çox istilik xətləri istilik şəbəkələrinin istismar qaydalarına uyğun olaraq hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 10 min metrdən çox müxtəlif diametrli məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub və yenilənib.

BBN.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin nümayəndəsi Xəqani Süleymanov bildirib.

Qeyd edib ki, görülən işlər çərçivəsində 1150 ədəd qazan odluqu, 486 dəst istilik mübadilə aparatları, 3 min 230 ədəd nasos, 16 min 860 ədəd müxtəlif diametrli siyirtmələr, 3 min 340 ədəd mühərrik, 561 ədəd elektrik avadanlığı və 561 ədəd nəzarət ölçü cihazları və avtomatik avadanlıqları, 1349 ədəd genişləndirici çən, 2 min 93 ədəd qoruyucu klapan və 2 min 703 ədəd əks klapan, 12 min 427 ədəd ventil, 632 ədəd ehtiyat su çəni, 554 ədəd qaz təsərrüfatına aid avadanlıq və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. Həmçinin 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilib, 35 qazan aqreqatı, 13 nasos, 320 ədəd siyirtmə və 11 ədəd mühərrik əsaslı təmir edilib.

Payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində 522 qazan aqreqatı, 1004 ədəd nasos, 6 min 800 ədəd siyirtmə, 750 mühərrik cari təmir olunub. 1260 qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib və 12 qazan aqreqatı, 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. İstilik xətlərində ümumilikdə 3368 kvadratmetr istilik örtük qatı bərpa olunaraq yenilənib.

“Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin tənzimlənməsi və səmərəliyin artırılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayan Xəqani Süleymanov bildirib ki, ümumilikdə, 2023-2024-cü illər payız-qış mövsümündə 49 mindən çox qurğu və avadanlıqların nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların və s. istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.

“Azəristiliktəchizat”ın fəaliyyətinin tənzimlənməsi və səmərəliyin artırılması istiqamətində atılan ən ciddi addımlardan biri də Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın tətbiq olunmasıdır. Qaydalar istilik enerjisinin istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləməklə yanaşı, istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatının xidmətlərinin dayandırılması hallarını, istilik və isti su xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən etməklə istilik təchizatı sahəsində vətəndaşların məmnunluğunun təmin edilməsində müstəsna rol oynayacaq”, – deyə X.Süleymanov vurğulayıb.

“Hazırda “İstilik enerjisindən istifadə qaydaları”nda nəzərdə tutulmuş normativ hüquqi tələblərin, o cümlədən bütün istehlakçılarla müqavilələrin bağlanması işlərinin icrasına başlanılıb”, – deyə X.Süleymanov qeyd edib ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir. Mövsümə vaxtında başlanılması və istehlakçıların dayanıqlı və keyfiyyətli istilik təchizatı üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin olunacaq.

AZƏRTAC

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.