Home » AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar

AZAL-dan Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Hava Yolları ilə Bakı-Milan istiqaməti üzrə səyahət edən sərnişinlər indi İtaliyanın məşhur “The Mall Firenze” və “The Mall Sanremo” ticarət mərkəzlərində xüsusi imkanlardan yararlana bilərlər.

İmtiyazlar AZAL və İtaliyanın lüks sinifli alış-veriş sahəsində ixtisaslaşan “The Mall Luxury Outlets” şirkəti arasında yeni əməkdaşlıq sayəsində mümkün olub.

Əməkdaşlıq sərnişinlərə “Gucci” butikinə və “Tax Free Lounge” zalına prioritetli giriş, həmçinin içkilər və birgə layihədə iştirak edən butiklərdə alış-veriş zamanı 10%-ə qədər endirim təqdim edir. Biznes sinifi sərnişinləri əlavə olaraq “V.I.P. Lounge by Poltrona Frau” zalına giriş imkanı əldə edirlər. Qeyd edək ki, bu üstünlüklərdən faydalanmaq üçün sərnişinlər minik talonlarını təqdim etməlidirlər.

İmtiyazlar Bakı ilə Milan arasında uçuş edən sərnişinlərin səfərlərini daha rahat və xoş etmək məqsədini daşıyır. AZAL müştərilərin gözləntilərini qarşılamaq və səyahətləri unudulmaz etmək üçün öz xidmətlərini genişləndirməyə davam edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.