Home » AZAL Novruz bayramı ərəfəsindən Avropaya uçuşları artırır: biletləri əldə etməyə tələsin!

AZAL Novruz bayramı ərəfəsindən Avropaya uçuşları artırır: biletləri əldə etməyə tələsin!

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

16 yanvar 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL mart ayından, Novruz bayramı ərəfəsindən etibarən Avropaya yerinə yetirilən uçuşların tezliyini artırır. Biletləri indi əldə edin və Avropanın maraqlı şəhərlərinə səyahət etmək imkanını qaçırmayın.

Belə ki, aşağıdakı istiqamətlər üzrə reyslər qeyd olunan uçuş cədvəlinə uyğun olaraq həyata keçiriləcək:

  • Barselona: çərşənbə axşamı, cümə axşamı, bazar günləri (14 martdan).
  • Vyana: çərşənbə axşamı, cümə, şənbə günləri (16 martdan).
  • Praqa: bazar ertəsi, cümə, şənbə günləri (16 martdan).
  • Paris: çərşənbə axşamı, cümə, bazar günləri (17–29 mart), çərşənbə axşamı, cümə axşamı, cümə, bazar günləri (31 martdan).
  • Milan: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə, bazar günləri (17 martdan).
  • London (Hitrou hava limanı): çərşənbə axşamı, cümə axşamı, şənbə günləri (14 martdan).
  • London (Qetvik hava limanı): çərşənbə, cümə, bazar günləri (17 martdan).

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.