Home » “AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

by yunus
0 comments 0 views 1 minutes read

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini İlqar Cəlilov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabenin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.

 

Görüş zamanı “AzerGold” QSC-nin sədr müavini dövlət şirkətinin fəaliyyəti, əldə etdiyi uğurları və ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyəti tərəfindən beynəlxalq standartlara uyğun qaydada təşkil edilən geoloji kəşfiyyat, hasilat, emal və mineral resursların idarə olunması istiqamətindəki işləri, hazırda icra edilən və perspektiv inkişaf mərhələsində olan layihələri qonaqların diqqətinə çatdırılıb.

 

İsmael Nabe çıxışında ölkəsi ilə Azərbaycan arasında iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, hasilat və geoloji kəşfiyyat istiqamətləri ilə yanaşı, kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində potensial əməkdaşlıq imkanlarına da xüsusi maraq göstərdiklərini qeyd edib.

 

Qvineyalı nazir ölkəsinin qlobal polad sənayesi üçün strateji əhəmiyyət daşıyan Simandou dəmir filizi layihəsi çərçivəsində təsis edilmiş Akademiyasında dağ-mədən və geologiya üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb.

 

Görüşün sonunda tərəflər perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və növbəti addımların planlaşdırılması məqsədilə hər iki tərəfdən məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəliblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.