Home » “AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib

“AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli bazarda qızıl külçələrə artan investisiya tələbatını nəzərə alaraq məhsul çeşidini genişləndirib.

Dövlət şirkəti bu gün yerli qızıl xammalından hazırlanan yeni 1 qramlıq qızıl külçələri satışa çıxarıb. Bu addım, qızıl investisiyasını daha geniş istehlakçı kütləsi üçün əlçatan və sərfəli etmək məqsədi daşıyır.

Son aylarda qızılın dünya bazarlarında qiymətinin kəskin artması fonunda fiziki qızıl investisiyası sabit və etibarlı sərmayə aləti kimi diqqət mərkəzindədir. “AzerGold” QSC-nin 1 qramlıq külçələri, məhz bu şəraitdə, daha kiçik məbləğlərlə investisiya etmək imkanı yaratmaqla fərqlənir.

Yeni 1 qramlıq külçələr “AzerGold” QSC-nin rəsmi satış nöqtəsi – Satış və mübadilə mərkəzi və onlayn platforması – www.azergold.gift  vasitəsilə əldə edilə bilər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.