1
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin
Daşkəsən rayonunun sakinləri ilə növbəti görüşü keçirilib.
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-
nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayon İcra
Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov və komitə üzvləri iştirak
ediblər.
Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işin
gücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması, sosial
ehtiyacların öyrənilməsi, rəy və təkliflərin dinlənilməsidir.
Görüşdə 2025-ci ilin birinci yarısında “AzerGold” QSC tərəfindən icra
edilən, cari ilin ikinci yarısında planlaşdırılan sosial və ekoloji layihələr haqqında
məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə Səhmdar Cəmiyyəti tərəfindən ətraf
mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid və müharibədə
yaralananların ailə üzvləri üçün peşə hazırlığı, uşaqların fərdi inkişafı, mədəniyyət,
mədəni irsin qorunması sahəsində sosial layihələr icra edilib. Bu layihələrin həyata
keçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusi vurğulanıb.
Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman, qadınların məşğulluğu, sosial
infrastruktur və digər sahələrdə yeni təşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə
çatdırılıb.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, yeni təkliflər müzakirə
edilib. Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və
mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən hədəf qruplarına yönəlmiş
təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin
təşkili davam etdiriləcək.

