Home » Azexport PAŞA Bankla “İxracını tamamla” adlı onlayn seminar keçirəcək

Azexport PAŞA Bankla “İxracını tamamla” adlı onlayn seminar keçirəcək

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və PAŞA Bankın birgə təşkilatçılığı ilə “Made in Azerbaijan” brendi adı altında məhsul ixrac edən sahibkarların maliyyə alətlərinə əlçatanlığının stimullaşdırılması məqsədi ilə “İxracını tamamla” adlı seminar keçiriləcək.

Seminarda sahibkarlara  ixrac prosedurlarının tam başa çatdırılması məqsədi ilə məhsulun qablaşdırılması, gömrük rəsmiləşdirilməsi, məhsulların sertifikatlaşdırılması, daşınması və digər xərclərin qarşılanması zamanı yarana biləcək maliyyə çatışmazlığının aradan qaldırılması üçün bank qarantiyası, beynəlxalq ticarətin maliyələşdirilməsi, faktorinq, akkreditiv və digər maliyyə alətlərindən istifadəyə dair məlumatlar təqdim olunacaqdır.

“Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn olaraq keçiriləcək seminarda iştirak edən sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsi ilə) 10 sahibkar seçilərək aşağıdakı imtiyazlara sahib olmanı təsdiqləyən kupon əldə edəcəklər:

  1. Paşa Bank tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
    1. İxracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;
    2. İxracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;
    3. İxracatçı şirkətə bankın Əmək haqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.
  1. Azexport.az portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:
    1. İxracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;
    2. Şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin Azexport.az portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;
    3. İstehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırmasının aparılaraq potensial müştərilərin tapılması;
    4. İxracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.

Seminar 15 iyul 2020-ci il saat 11:00-da “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn olaraq keçiriləcək.
Seminarda iştirak üçün qeydiyyat mütləqdir.

Seminarda iştirak pulsuzdur.

Qeydiyyat linki: http://www.training.ereforms.org

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.