Home » “Azexport” portalının dəstəyi ilə “Company Visit” təşkil olunub

“Azexport” portalının dəstəyi ilə “Company Visit” təşkil olunub

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi və “MeetUp Networking Club”ın təşkilatçılığı ilə meyvə quruları və çərəz istehsal edən müəssisəyə səfər təşkil olunub. “Company Visit” formatlı tədbirdə 30-dan artıq sahibkar iştirak edib.

İştirakçılara istehsal prosesinin meyvə qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələləri əyani nümayiş etdirilib. Həmçinin müəssisənin yerli və xarici bazarlara çıxışı üçün görülən işlər, növbəti illər üzrə hədəflər barədə təqdimatlar olub.

“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov elektron və ənənəvi ixrac əməliyyatları barədə təqdimatla çıxış edib, onlayn ticarətdə norma və prinsiplərlə bağlı sualları cavablandırıb.

Tədbirdə fərqli sektorlardan olan biznes nümayəndələrinin əlaqələrini genişləndirmə imkanı üçün B2B görüşlər keçirilib. Çıxış edən “MeetUp Networking Club”ın meneceri Lalə Məmmədova sahibkarlar arasında keçirilən müxtəlif formatlı görüşlərin əhəmiyyətini vurğulayıb. Daha sonra qida eksperti Fərid Səfərov sağlam qida rasionu, quru meyvə və çərəzlərin faydaları barədə danışıb.

Sonda iştirakçılar arasında əyləncəli yarışlar keçirilib, hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.