Home » Azranking.az: “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib

Azranking.az: “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun videokonfrans formatında Səhiyyə Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TƏBİB-in nümayəndələrinin, eləcə də işçi qrupun digər üzvlərinin iştirakı ilə növbəti iclası keçirilib.

Görüş zamanı işçi qrupun əvvəlki iclasında verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub və bu istiqamətdə görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda, iclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə “9109 qısa nömrəli Çağrı Mərkəzi” tərəfindən görülən işlər, habelə regionlarda tibbi xidmətin əlçatanlığının digər illərlə müqayisəsi, dializ mərkəzlərinin fəaliyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ambulator xidmətin təşkili üzrə görülmüş işlər, dərman vasitələrinin təchizatı və bir sıra digər məsələlər geniş şəkildə müzakirə olunub.

İclasın sonunda növbəti görüş üçün işçi qrupun üzvlərinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.