Home » AZSTAND-ın nümayəndələri Dövlətlərarası Şuranın (МГС) 63-cü iclasında iştirak edilib

AZSTAND-ın nümayəndələri Dövlətlərarası Şuranın (МГС) 63-cü iclasında iştirak edilib

by anar
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Azərbaycan Standartlaşdırma və Azərbaycan Metrologiya İnstitutlarının nümayəndə heyətləri 27-28 iyun tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 63-cü iclasında iştirak edib.

İclasda MDB ölkələrinin standartlaşdırma, metrologiya və akkreditasiya üzrə milli orqanlarının rəhbərləri, MDB-nin İcraiyyə Komitəsinin,  Dövlətlərarası Şuranın və İƏT-nin İslam Ölkələrinin Standartlaşdırma və metrologiya İnstitutunun (SMİİC)  nümayəndələri, həmçinin digər rəsmilər iştirak edib.

Tədbirdə MDB-yə üzv olan dövlətlərin milli orqanlarında aparılan işlər, elmi-texniki komissiyaların qərarlarının icrasının həyata keçirilməsi, standartlaşdırma üzrə dövlətlərarası proqram, dövlətlərarası sənədlərin siyahısı, informasiya təminatı və rəqəmsal transformasiya, eləcə də dövlətlərarası standartlaşdırma sahəsi üzrə prioritet istiqamətlərin müəyyən edilməsi, təşkilati və digər məsələlər müzakirə olunub. İclasın sonunda protokol imzalanıb.

Eyni zamanda, tədbir çərçivəsində AZSTAND-ın nümayəndələri Rusiyanın, Özbəkistanın və Qazaxıstanın standartlaşdırma üzrə milli qurumları ilə ikitərəfli görüşlər keçirib və qurumlar arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.