Home » Azər Əmiraslanov: “Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir”

Azər Əmiraslanov: “Ölkədə rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir”

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda rəqəmsal iqtisadiyyat və dövlət idarəçiliyi vahid sistemdə birləşdirilir.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Əmiraslanov deyib.

Onun sözlərinə görə, ölkədə formalaşdırılan vahid rəqəmsal inkişaf arxitekturası bir tərəfdən rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətlərini əhatə edir, digər tərəfdən isə rəqəmsal dövlət idarəçiliyi, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyəti vahid sistemdə birləşdirir: “Əsas məqsəd ölkənin texnoloji potensialını gücləndirmək, innovasiyaya əsaslanan iqtisadi modelə keçidi sürətləndirmək və bu sahədə vahid dövlət siyasətinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etməkdir. İnnovasiyaların dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi müasir çağırışları nəzərə alan uzunmüddətli strategiyanın tərkib hissəsidir. Strategiya dövlət siyasətini formalaşdırır, dövlət siyasəti innovativ iqtisadi model yaradır, qanunvericilik isə həmin modeli dayanıqlı hüquqi çərçivəyə çevirir”.

Deputat qeyd edib ki, rəqəmsal keçidin sürətlənməsi və nəzərdə tutulan tədbirlərin səmərəli icrası prosesin institusional əsaslarının daha da gücləndirilməsini zəruri edir: “Rəqəmsal transformasiya sistemli xarakter daşıdığından, bu sahədə dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və effektiv təşkilati mexanizmlərin yaradılması xüsusi əhəmiyyət kəsb edir”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.