Home » Azərbaycan Mərkəzi Bankı: Təminatsız pul bazarında faizlər uçot dərəcəsinə yaxınlaşır

Azərbaycan Mərkəzi Bankı: Təminatsız pul bazarında faizlər uçot dərəcəsinə yaxınlaşır

by Zeyneb
0 comments 7 views 1 minutes read

Təminatsız pul bazarında faizlərin Mərkəzi Bankın müəyyən etdiyi faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın səviyyədə hərəkət etdiyi bildirilir.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Qeyd olunub ki, faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR indeksi göstəricisinin azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvar ayında 6,70% təşkil etdiyi halda, bu göstərici fevralda 6,54%-ə, martda isə 6,47%-ə enib.

AMB əlavə edib ki, ötən iclasdan bəri gəlirlilik əyrisində, eləcə də Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar müşahidə olunub.

Bildirilib ki, Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları vasitəsilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.