Home » Azərbaycanda 7 ayda 122 milyon manat ƏDV geri qaytarılıb

Azərbaycanda 7 ayda 122 milyon manat ƏDV geri qaytarılıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fiziki şəxslərin istehlak məqsədilə ödədiyi ƏDV-nin 122 milyon 83,6 min manatı dövlət büdcəsindən geri qaytarılıb.

BBN.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qaytarılan ƏDV pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınan mallara, həmçinin bir sıra xidmətlərə görə ödənilmiş vergini əhatə edib. Neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları bu mexanizmdən istisna təşkil edir.

ƏDV geri qaytarılan xidmətlər sırasında teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri və simfonik orkestr konsertləri də yer alıb. Bundan başqa, tibb müəssisələri və özəl tibbi fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV də vətəndaşlara qaytarılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanaların gecələmə və qalma xidmətləri üzrə ödənilmiş ƏDV də geri qaytarılıb.

Məlumata görə, 2026-cı ilin ilk 7 ayında Azərbaycanda xarici vətəndaşların fərdi istehlak məqsədilə aldıqları mallara görə “Tax Free” sistemi çərçivəsində dövlət büdcəsindən 5 milyon 248,1 min manat ƏDV qaytarılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.