Home » Azərbaycanda problemli kreditlərin həcmi 635 milyon manatı ötüb

Azərbaycanda problemli kreditlərin həcmi 635 milyon manatı ötüb

by Zeyneb
0 comments 0 views 0 minutes read

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.

Bu göstərici mayın 1-i ilə müqayisədə 3,45 % artıb.

Məlumata görə, ölkədə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 21,15 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 25 % artım göstərib.

May ayının sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu göstərici aprelin sonu ilə müqayisədə dəyişməyib. Ötən ilin sonuna problemli kreditlərin kredit portfelində payı 1,6 %, ötən ilin may ayının sonuna isə 1,7 % olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.