
2025-ci ildə Azərbaycanda sürətli poçt və kuryer göndərişləri üzrə gəlirlərdə fərqli dinamika qeydə alınıb.
BBN.az Dövlət Statistika Komitəsinin məlumatları əsasında bildirir ki, ötən il bu xidmətlərdən ümumilikdə 24,2 milyon manat gəlir əldə olunub. Bu, 2024-cü ilin göstəricisindən 8,4% azdır.
Ümumi gəlirlər azalsa da, məhz kuryer göndərişləri üzrə gəlirlər 2 dəfə artaraq 8,8 milyon manata yüksəlib.
Son 5 illik dövrdə isə sürətli poçt və kuryer xidmətlərindən əldə olunan gəlirlər 2,3 dəfə, kuryer göndərişlərindən gəlirlər isə 5 dəfə artıb.
Ötən il Azərbaycanda 1 milyon 305,6 min ədəd sürətli poçt göndərişi həyata keçirilib. Onların ümumi çəkisi 330,2 min kq təşkil edib.
Göndərişlərin 1 milyon 163,4 mini sənəd, 142,2 mini isə mal tərkibli olub.





