
Azərbaycan və Böyük Britaniya arasında xarici ticarət əlaqələrində kəskin artım qeydə alınıb.
BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard 621 milyon 991 min ABŞ dollarına çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 960 milyon 781 min ABŞ dolları və ya 5,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniyaya ixracının həcmi 3 milyard 475 milyon 261 min ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 3 milyard 331 milyon 120 min dollar və ya 24,1 dəfə artım deməkdir.
Eyni zamanda, Böyük Britaniyadan Azərbaycana idxalın həcmində azalma qeydə alınıb. İdxal 71,6% azalaraq 146,7 milyon ABŞ dollarına enib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 661 milyon 210 min ABŞ dolları təşkil etmişdi.





