
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 97 208 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən Report məlumat yayıb.
Məlumata əsasən, proaktiv qaydada həyata keçirilən təyinatların 22 690-ı pensiya, 65 564-ü müavinət, 8 954-ü isə təqaüd üzrə olub.
Qeyd edək ki, proaktiv təyinat mexanizmi vətəndaşların müraciət etməsinə ehtiyac qalmadan, dövlət informasiya sistemlərində mövcud məlumatlar əsasında sosial ödənişlərin avtomatik şəkildə təyin edilməsinə imkan yaradır.




