Home » Azərbaycanda “Yaşıl Kart” üzrə 20 mindən çox müqavilə bağlanılıb

Azərbaycanda “Yaşıl Kart” üzrə 20 mindən çox müqavilə bağlanılıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda bu ilin ilk 6 ayı ərzində “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində 20 379 müqavilə rəsmiləşdirilib.

BBN.az xəbər verir ki, hesabat dövründə bağlanılan müqavilələr üzrə ümumilikdə 3 milyon 136 min 239 manat sığorta haqqı toplanılıb.

İcbari Sığorta Bürosunun (İSB) açıqladığı məlumatlara əsasən, müqavilələrin 13 402-si Azərbaycanda qeydiyyatda olan avtomobillərə aid olub. Bu istiqamət üzrə yığılan sığorta haqqı 752 906 manat təşkil edib.

Xarici ölkələrdə, o cümlədən Gürcüstan və Qazaxıstanda qeydiyyata alınmış nəqliyyat vasitələri üzrə isə 6 977 “Yaşıl Kart” müqaviləsi bağlanıb və bunun müqabilində 2 milyon 383 min 333 manat sığorta haqqı əldə olunub.

Hesabat müddətində Azərbaycan “Yaşıl Kart” sahiblərinin təqsiri ilə Türkiyə, Latviya, Litva, Polşa, Almaniya və digər ölkələrdə baş verən 165 yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişləri həyata keçirib. Bu hadisələr üzrə ödənilən ümumi məbləğ 716 164 manat, bir hadisəyə düşən orta ödəniş isə 4 340 manat olub.

Gürcüstan və Qazaxıstanda qeydiyyatda olan avtomobillərin iştirakı ilə xarici ölkələrdə baş verən 69 qəza üzrə də sığorta ödənişləri verilib. Bu hadisələrə görə ümumilikdə 435 182 manat ödənilib. Bir hadisə üzrə orta ödəniş məbləği 6 307 manat təşkil edib.

Qeyd edək ki, “Yaşıl Kart” sistemi xarici ölkələrə avtomobillə səfər edən şəxslərin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini sığortalayan beynəlxalq mexanizmdir. Sistemə daxil olan ölkələrin milli büroları bir-birinə qarşılıqlı zəmanət verir.

İcbari Sığorta Bürosu 2016-cı ildən Beynəlxalq Bürolar Şurasının üzvüdür və “Yaşıl Kart” sistemində Azərbaycanı təmsil edir. 2023-cü il yanvarın 1-dən etibarən isə Gürcüstan və Qazaxıstanda qeydiyyatda olan nəqliyyat vasitələri üçün Azərbaycanda “Yaşıl Kart” sığorta şəhadətnamələrinin satışı da həyata keçirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.