
2026-cı ilin birinci rübünün sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 117,4 milyon ABŞ dolları artaraq 85,2 milyard ABŞ dollarına yüksəlib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, strateji valyuta ehtiyatlarında qeydə alınan artım ölkənin xarici maliyyə dayanıqlığının qorunub saxlanıldığını və makroiqtisadi sabitliyin möhkəmləndiyini göstərir.
Qeyd edək ki, strateji valyuta ehtiyatlarına Azərbaycan Mərkəzi Bankının və ölkənin digər müvafiq dövlət maliyyə institutlarının xarici valyutada saxlanılan aktivləri daxildir.




