Home » Bakı Fond Birjası “Anglo Asian Mining Plc” şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı Fond Birjası “Anglo Asian Mining Plc” şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

by Zeyneb
0 comments 3 views 2 minutes read

27 oktyabr, 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin üzvləri “Anglo Asian Mining Plc”-nin (LSEAAZprezidenti Reza Vəziri ilə görüş keçiriblərGörüşüəsas mövzusu iki tərəf arasında əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycan kapital bazarının inkişafı olub.

Görüşdə BFB rəhbərliyi birjanın strateji vizyonunu və kapital bazarı infrastrukturunun inkişafı üzrə planları təqdim edibBundan əlavə, 2025-ci ilin oktyabr ayında BFBnin Dünya Birjalar Federasiyasına (WFEtam üzv qəbul olunması da müzakirə edilibBukapital bazarının şəffaflığının gücləndirilməsi və beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyətli addım kimi vurğulanıb.

Görüş zamanı “Anglo Asian Mining”-in prezidenti və baş icraçı direktoru Reza Vəziri vurğulayıb: “Azərbaycanın ilk publik şirkəti olaraq Anglo Asian Mining bazarın inkişafını yaxından izləyir və BFB ilə əməkdaşlığa dəstək verməyə hazırdırBuhəm bazar iştirakçıları, həm də potensial investorlar üçün faydalı ola bilər”. İnvestor etibarının artırılmasının vacibliyini vurğulayan Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov qeyd edib: “Bu müzakirələr BFB üçün strateji əhəmiyyət daşıyırKapital bazarının infrastrukturunun gücləndirilməsi və investor etibarının artırılması bizim əsas prioritetlərimizdir”. BFBnin İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycan kapital bazarlarının infrastruktununun inkişafının önəmini vurğulayıb: “BFB olaraq şəffaflıq, əməliyyatların avtomatlaşdırılması və beynəlxalq standartlara uyğunluq istiqamətində islahatları davam etdiririkWFEyə tam üzvlük bu prosesin mühüm hissəsidir”. 

Anglo Asian Mining” tərəfindən BFBnin Azərbaycan kapital bazarının inkişafına verdiyi töhfə qiymətləndirilib və şirkət gələcəkdə birja ilə əməkdaşlıqda aktiv iştirak etməyə hazır olduğunu bildirilibTərəflər yaxın gələcəkdə əməkdaşlığın konkret mexanizmləri üzərində işləməyi və əlaqələndirilmiş fəaliyyət planı hazırlamağı qərara alıblar.

Anglo Asian Mining Plc (LSEAAZ)” – London Fond Birjasında qeydiyyatdan keçmiş, Azərbaycanda qızılmis və gümüş kəşfiyyatı və istehsalı ilə məşğul olan Böyük Britaniya şirkətidir. Şirkət  20 ildən artıq müddətdir kiAzərbaycanda fəaliyyət göstərir və Qərbi Azərbaycanda 2,544 kvkm əhatə edən səkkiz müqavilə sahəsində kəşfiyyat və istehsal aktivləri portfelinə malikdir. Şirkətin əsas fəaliyyət sahələrinə Gədəbəy istehsal kompleksiDəmirli mədən kompleksivə digər perspektivli layihələr daxildi.

Əlaqə üçün

Bakı Fond Birjası — pr@bse.az , listing@bse.az

Anglo Asian Mining Plc — fidan.shabanova@aimc.az

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.