Home » Bakı Fond Birjası PAŞA Bank IPO çərçivəsində investorlarla olan görüşdə iştirak edib

Bakı Fond Birjası PAŞA Bank IPO çərçivəsində investorlarla olan görüşdə iştirak edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

23 aprel 2026-cı il tarixində PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində investorlar və bazar iştirakçıları ilə görüş keçirib.

Görüşdə PAŞA Bank-ın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev, PAŞA Bank-ın baş maliyyə inzibatçısı Murad Süleymanov, EY şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev, Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və PAŞA Kapital-ın baş əməliyyat inzibatçısı Elnur Fətullayev iştirak ediblər.

Tədbir çərçivəsində keçirilən panel müzakirəsində IPO-nun kapital bazarına təsiri, infrastrukturun hazırlıq səviyyəsi və investorlar üçün açılan imkanlar müzakirə olunub. Eyni zamanda, abunə kampaniyasının gedişi, rəqəmsal kanalların hazırlığı, xarici investorların cəlb olunması, hesablaşma və uçot sistemlərinin inkişafı, eləcə də bazarın gələcək perspektivləri diqqət mərkəzində olub.

Xatırladaq ki, PAŞA Bank 13 aprel 2026-cı il tarixində IPO çərçivəsində səhmlərinin abunə yazılışına start verib. Abunə yazılışı 12 may 2026-cı il tarixinədək davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.