Home » “Bakı Fond Birjası” və “Baker Tilly Azərbaycan” korporativ sektor üçün kapital bazarları vasitəsilə dayanıqlı inkişaf imkanlarına dair tədbir keçirib

“Bakı Fond Birjası” və “Baker Tilly Azərbaycan” korporativ sektor üçün kapital bazarları vasitəsilə dayanıqlı inkişaf imkanlarına dair tədbir keçirib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

24 sentyabr 2024-cü il tarixində “Bakı Fond Birjası” QSC və “Baker Tilly Azərbaycan” korporativ sektor üçün “Kapital bazarları vasitəsilə şirkətlərin davamlı inkişafı” mövzusuna həsr edilmiş tədbir təşkil edib.

Tədbir zamanı şirkətlərin dayanıqlı inkişafında kapital bazarlarının rolu, uzunmüddətli və davamlı maliyyələşmə mənbələrinin əlçatanlığına və şirkətlərin strateji hədəflərinin nail olunmasında kapital bazarlarından alət kimi istifadəsinə dair müzakirələr aparılıb.

“Bakı Fond Birjası”nın Listinq şöbəsinin rəhbəri Anjela Ramazanova kapital bazarlarının inkişaf perspektivləri və korporativ sektorun potensialı haqqında danışıb. Xüsusilə Azərbaycanda maliyyə ekosisteminin gələcəyini formalaşdıran əsas tendensiyalar, investisiya imkanları vurğulanıb.

Tədbir dayanıqlı və inklüziv inkişafı təmin etmək üçün maliyyə institutları, tənzimləyici orqanlar və korporativ sektor arasında davamlı əməkdaşlığın zəruriliyini vurğulayaraq, Azərbaycanda kapital bazarlarının gələcəyinə dair müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, “Bakı Fond Birjası” QSC-nin əsas məqsədlərindən biri icra mexanizmini gücləndirərək və maliyyə hesabatlarının açıqlanmasını təşfiq etmək, investorların etibarı və inamı üzərində qurulmuş şəffaf və əlverişli platforma yaratmaqdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.