Home » Bakı Fond Birjasında Maliyyə Savadlılığına həsr edilmiş açılış zəngi “Ring the Bell for Financial Literacy” tədbiri keçirilmişdir

Bakı Fond Birjasında Maliyyə Savadlılığına həsr edilmiş açılış zəngi “Ring the Bell for Financial Literacy” tədbiri keçirilmişdir

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Bakı Fond Birjası (BFB) Dünya Fond Birjaları Federasiyasının (WFE) Ümumdünya İnvestor Həftəsi layihəsi çərçivəsində “Maliyyə Savadlılığı”-na həsr olunmuş Açılış Zəngi tədbiri keçirmişdir

Bu layihə çərçivəsində BFB müntəzəm olaraq maliyyə savadlılığının yüksəldilməsi üçün tədbirlər keçirir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya Səyahəti”, “Emitent günü”, “Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı”  mövzularında keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Qeyd edək ki, hər il Dünya Birjalar Federasiyası üzvləri İnvestorlara dəstək göstərilməsi və maliyyə imkanlarının artırılması məqsədi ilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirir.  Nəzərinizə çatdırmaq istərdik ki, Bakı Fond Birjası Maliyyə Savadlılığına  həsr edilmiş  açılış zəngi – “Ring the Bell for Financial Literacy” sayca 3-cü tədbirdir və 4 oktyabr 2023-cü il tarixində Zoom platforması üzərindən onlayn formatda keçirilmişdir

Bildirmək istərdik ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.