Bakı Fond Birjasında 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 21,836,902,192 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% böyümə qeydə alınmışdır.
Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 4%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 6% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 197% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 450% artım qeydə alınmışdır.
2023-cü ilin noyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22% böyümə qeydə alınmışdır.