Ötən il “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 63,823 milyard manat təşkil edib.
Bu göstərici 2024-cü illə müqayisədə 7,333 milyard manat və ya 10,3% azdır.
Hesabat dövründə birjada bağlanmış əqdlərin sayı 29 585 olub. Bu isə əvvəlki illə müqayisədə 42 145 əqd və ya 2,4 dəfə azalma deməkdir.
BFB-nin ümumi dövriyyəsinin 50,633 milyard manatı repo əməliyyatlarının payına düşüb. Repo əməliyyatlarının həcmi illik müqayisədə 10,3 milyard manat və ya 16,9% azalıb.
Bununla yanaşı, dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri artıb. Belə ki, hesabat dövründə bu göstərici 2,818 milyard manat və ya 35,8% artaraq 10,682 milyard manata çatıb.





