Home » Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb

by yunus
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bakı metrosunda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb.

BBN.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, ay ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər.

Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gedişhaqqına etibar edənlərin sayı artır.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş sistemi 2023-cü ilin son günü istifadəyə verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.