Home » Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) iclasları keçirilir

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) iclasları keçirilir

by anar
0 comments 0 views 1 minutes read

Bakıda Beynəlxalq Nəqliyyat Forumunun (ITF) 4-cü rüblük iclasları keçirilir. 4 günlük toplantı çərçivəsində Tədqiqat Komitəsinin iclasları təşkil edilib. İclaslarda 42 üzv ölkə təmsil olunub ki, bu da Komitənin tarixində ən yüksək göstəricidir.

Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kim çıxışında Azərbaycanın toplantıya ev sahibliyini yüksək qiymətləndirib. Baş katib ITF-in fəaliyyətinə dair hesabat təqdim edib, həyata keçirilən proqramlar, araşdırmalar və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Daha sonra iştirakçılar 2024 – 2025-ci illər üzrə görülən işləri qiymətləndiriblər. Azərbaycan tərəfi ITF-in hesabatının ölkələr üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Həmçinin 2026 – 2027-ci illər üçün Tədqiqat Komitəsinin İş Proqramının layihəsi müzakirə olunub. Üzv ölkələr gələcək tədqiqat istiqamətləri üzrə fikir mübadiləsi aparıblar və prioritet sahələrin müəyyənləşdirilməsinə dair təkliflər səsləndiriblər. İş Proqramında Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik dövrü üçün beynəlxalq nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması və şəhər nəqliyyatının inkişafına dair iki tövsiyə təqdim olunur.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.