
Bu gün Bakıda “Türk Dövlətləri Insurtech Zirvəsi” keçirilir.
BBN.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan tənzimləyici qurumların və sığorta assosiasiyalarının nümayəndələri iştirak edirlər.
Zirvə çərçivəsində sığorta sektorunda rəqəmsal transformasiya, InsurTech texnologiyalarının inkişafı və süni intellektin tətbiqi mövzularında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Mərkəzi Bankının dəstəyi, Türkiyə Ticarət Nazirliyinin təşkilatçılığı, həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyası və Hizmet İhracatçılar Birliyinin əməkdaşlığı ilə təşkil olunub.
Zirvə oktyabrın 29-na kimi davam edəcək.







