Home » Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamladı

Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla tamamladı

by yunus
0 comments 0 views 1 minutes read

Bank “BTB” ASC maliyyə dayanıqlığını daha da gücləndirmək və strateji inkişaf planlarına uyğun olaraq kapital bazasını möhkəmlətmək məqsədilə 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 07.04.2025-ci il tarixli məktubu ilə qeydə alınmış istiqraz emissiyası tam yerləşdirilmişdir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, sayı 3 000 ədəd, ümumi həcmi 3 milyon manat olan faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar bazara təqdim olunmuşdur. 7 il tədavül müddətinə malik olan bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi tanındığından, Bank “BTB” ASC-nin II dərəcəli kapitalını artırmağa və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir.

Bu uğurlu kapital artımı Bank “BTB” ASC-nin 2025-2027-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq dayanıqlı maliyyə göstəricilərinin qorunmasına, bazardakı mövqeyinin möhkəmləndirilməsinə və böyümə planlarının həyata keçirilməsinə imkan yaradacaqdır.

Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.