Home » Bank BTB ilə kartları ovla, hədiyyə qazan!

Bank BTB ilə kartları ovla, hədiyyə qazan!

by bbnadm
0 comment 0 views 2 minutes read

Bank BTB-nin Facebook istifadəçiləri üçün hazırladığı “Kart Ovçusu” oyunu bütün oyun həvəskarlarına Bank BTB-dən Visa Classic kartlarını əldə etmək şansı qazandırır. Asudə vaxtını səmərəli keçirməklə hədiyyə qazanmaq istəyən, Bank BTB-nin əməkdaşı olmayan 18 yaşlı hər bir facebook istifadəçisi oyunda iştirak edə bilər.

Qeyd edək ki, onlayn davam edən yarışmanın məqsədi nağdsız əməliyyatları təşviq etmək məqsədilə kart satışlarının stimullaşdırılmasıdır.

Yarışmaya başlamaq üçün ilk öncə Bank BTB-nin rəsmi Facobook https://www.facebook.com/bankbtb/ səhifəsini bəyənmək və azı bir dostunu paylaşımın şərh bölməsinə qeyd etmək lazım olacaq. Daha sonra, istifadəçilər qeyd olunan link https://cardhunter.btb.az/ vasitəsilə oyuna keçid ala bilərlər. Oyuna başlamadan öncə müsabiqə qaydaları ilə tanış olmaq tövsiyə olunur.

Qaydalarına əsasən, 6 patronla oyuna başlayan istifadəçi hədəfləri düzgün nişan alaraq 60 san-lik oyunun müddətini istədiyi qədər uzada bilər.  Hər oyunun sonunda cədvəldə ən yüksək xal toplayan şəxslər ilk 10-luğu formalaşdıracaqlar. Oyun sonunda ekranda görünən “Nəticəni paylaş” düyməsinə keçid etməklə arzu edən hər kəs yığdığı xalları şəxsi profilində paylaşa bilər. Beləcə, sağlam rəqabətli oyun mühitində davam edən yarışmada avtomatik olaraq sistem tərəfindən ilk 3 yeri tutmuş şəxslər qalib elan olunacaq.

Qaliblər 3 həftə davam edən yarşmada hər həftə 1-ci, 2-ci və 3-cü yer üzrə müvafiq olaraq 150 AZN, 100 AZN və 50 AZN-lik pulsuz Visa Classic kartlara sahib olacaqlar. Həmçinin, Paşa Həyatın təqdim etdiyi “100 QAT SIĞORTA” məhsulu üzrə 1000 manat dəyərində həyat sığortası qazanacaqlar.

Yarışma 3 həftə – I həftə (7-14 fevral), II həftə (17-24 fevral), III həftə (26 fevral-4mart) davam edəcək. Yığılan xalların sırflanması üçün texniki işlərin aparılması məqsədilə həftələrarası 1 gün oyun deaktiv ediləcək. Onu da bildirək ki, qalib seçilən şəxslər növbəti həftələrdə yenidən qalib elan oluna bilməz. Məlumat üçün bildirək ki, Bank “BTB” 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.