Home » Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi

Bank of Baku-dan yaşıl təşəbbüs – növbəti ağacəkmə aksiyası keçirildi

by anar
0 comments 1 views 1 minutes read

Bank of Baku “Təbiətə Yaxın Bankçılıq” şüarı ilə ətraf mühitə töhfə verən yaşıl təşəbbüslərini davam etdirir.

Bank 16 oktyabr tarixində Bakı şəhərinin Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyasını təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan aksiyada bank əməkdaşları tərəfindən Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100-dən çox Eldar şamı və zeytun ağacları əkilib.

Bankın rəhbərliyinin də iştirak etdiyi aksiyanın əsas məqsədi ətraf mühitin və ekoloji tarazlığın qorunmasına töhfə vermək, ölkəmizdə yaşıllıq sahələrin artırılmasına öz dəstəyini göstərməkdir.

“Yaşıl dünya naminə əl-ələ verək!” mesajının da vurğulandığı aksiya ilə bank yaşıl və sağlam dünya üçün birgə fəaliyyətin önəmini bir daha xatırladır, vətəndaşları ekoloji məsuliyyətə təşviq edir.

Məlumat üçün bildirək ki, Bank of Baku bundan öncə də bənzər təşəbbüslərlə çıxış edərək ağacəkmə, eləcə də Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyaları təşkil edib.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.