Home » Bank Respublika ilə Uğura Sıfırla Başla!

Bank Respublika ilə Uğura Sıfırla Başla!

by Aytac
0 comments 0 views 1 minutes read

Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, 25 Aprel – Sahibkarlar Günü münasibətilə hüquqi şəxslər və fərdi sahibkarlar üçün “Uğura sıfırla başla” – kampaniyasına start verib.

Belə ki, Bankın start verdiyi yeni kampaniya çərçivəsində 31 may 2025-ci il tarixinədək Bankda yeni hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar bir sıra bank məhsul və xidmətlərindən tamamilə PULSUZ yararlana biləcəklər:

  • Hesabin açılması – 0 AZN
  • Əmək haqqı kartları (5 illik) – 0 AZN
  • Biznes kart (1 illik) – 0 AZN
  • Mobil POS-a qoşulma – 0 AZN
  • AZN hesabından məxaric (limit daxilində) – 0 AZN

Bankın təqdim etdiyi biznes kart vasitəsilə iş adamları cari hesablarında toplanan vəsaitləri banka gəlmədən idarə etmək və biznes fəaliyyəti ilə bağlı vergi, gömrük, işçilərin ezamiyyə xərclərini və s. həyata keçirmək imkanı qazanacaqlar. Əmək haqqı layihələrindən yararlanmaqla, müəssisə rəhbərləri Bankın filiallarına gəlmədən, işçilərin əmək haqlarını bankın İnternet bankçılıq xidməti vasitəsilə hesablara köçürmə imkanı əldə edəcəklər. Mobil POS-terminalları quraşdırmaqla iş adamları ödənişləri çox əlverişli şərtlərlə nağdsız olaraq həyata keçirmək imkanı əldə edəcəklər.

Tələsin, bu fürsəti qaçırmayın, uğura gedən yolda ilk addımı Bank Respublika ilə atın!

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.