Home » Bank Respublika “Qızıl Aypara Cəmiyyəti” ilə birgə cəbhə bölgəsində aztəminatlı ailələrə dəstək oldu!

Bank Respublika “Qızıl Aypara Cəmiyyəti” ilə birgə cəbhə bölgəsində aztəminatlı ailələrə dəstək oldu!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkəmizdə müxtəlif sosial layihələrin təşəbbüskarı və eləcə də dəstəkçisi olan “Bank Respublika”, dövlət başçısı İlham Əliyevin çağırışlarına qoşularaq, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi zamanı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusi diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmağa yönəlmiş təşəbbüslərini davam etdirir.

Belə ki, “Bank Respublika”nın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə Ağdam, Fizuli və Tərtər rayonlarında yaşı 65-i keçmiş tənha, ahıl insanlara, eləcə də aztəminatlı 100 ailəyə baş çəkilərək onlara müxtəlif gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı və şəxsi gigiyena vasitələri ilə təqdim edilib.

Bu təşəbbüs, Bank tərəfindən koronavirusla mübarizə çərçivəsində görülən bir sıra vacib tədbirlərin davamıdır. Qeyd edək ki, Bank Respublika həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olan ilk banklardan biri olub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.