Home » Banklar hansı müştərilərə kredit vermir? – Əsas meyarlar açıqlanıb

Banklar hansı müştərilərə kredit vermir? – Əsas meyarlar açıqlanıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Bankdan kredit almaq bir çoxları üçün adi maliyyə əməliyyatı kimi görünsə də, bu proses əslində ciddi risk qiymətləndirilməsi və qarşılıqlı etibara əsaslanır. Maliyyə qurumları üçün əsas məqsəd verilən vəsaitin vaxtında və tam şəkildə geri qaytarılmasına əmin olmaqdır.

Bu barədə Valyuta.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova məlumat verib.

Onun sözlərinə görə, kredit müraciətləri qiymətləndirilərkən ilk növbədə şəxsin maliyyə vəziyyəti analiz olunur. Bu zaman yaş faktoru, rəsmi gəlirin olub-olmaması, məşğulluq vəziyyəti və mövcud əmlak kimi göstəricilər əsas rol oynayır.

Ekspert bildirib ki, şəxsin işləməsi ilə yanaşı, həmin iş yerində nə qədər müddətdir çalışması da mühüm meyarlardandır. Eyni zamanda, müraciət edən şəxsin aktiv kredit öhdəlikləri diqqətlə araşdırılır. Əgər mövcud kredit ödənişləri aylıq gəlirin 40–50 %-ni keçirsə, banklar adətən belə müştərilərə kredit verməkdən imtina edir.

Bundan əlavə, kredit tarixçəsi də həlledici rol oynayır. Əgər şəxs əvvəlki kreditlərini gecikdiribsə, faiz borcu yaranıbsa və ya məsələ məhkəmə mərhələsinə keçibsə, onun yenidən kredit alması demək olar ki, mümkün olmur. Bu kimi hallarda vətəndaşlar daha çox bank olmayan kredit təşkilatlarına üz tuturlar.

Böyük məbləğli kreditlərdə isə girov tələbi ön plana çıxır. Girov qoyulan daşınar və ya daşınmaz əmlakın dəyəri götürülən kredit məbləğini qarşılamalıdır. Zaminlik hallarında isə zaminin maliyyə vəziyyəti ayrıca qiymətləndirilir – onun gəlirləri, mövcud borcları və kredit tarixçəsi nəzərə alınır.

Beləliklə, banklar üçün əsas prinsip risklərin minimuma endirilməsidir və bu səbəbdən maliyyə baxımından qeyri-sabit, yüksək borc yükü olan və ya zəif kredit tarixçəsinə malik şəxslərin kredit əldə etməsi çətinləşir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.