Home » Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

Banklararası Şahmat Çempionatının qalibləri bəlli olub

by yunus
0 comments 13 views 1 minutes read

21-23 may 2025-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illik ildönümünə həsr olunmuş banklararası şahmat çempionatı başa çatmışdır.

Nəticələrə əsasən şəxsi-komanda çempionatında  “ABB” ASC qalib gəlmişdir.

2-ci və 3-cü yerlərdə isə müvafiq olaraq “Kapital Bank” ASC və “Expressbank” ASC qərarlaşmışdır.

Banklararası şahmat çempionatında şəxsi hesabda isə “Yelo Bank” ASC -nin nümayəndəsi Elçin Qafarli qalib gəlmişdir.

2-ci yeri “ABB” ASC-nin nümayəndəsi Rauf Hacılı qazanmışdır.

3-cü yerdə isə “Ziraat Bank” ASC-nin nümayəndəsi Qulam Məmmədov qərarlaşmışdır.

4-cü yeri “Turan Bank” QSC-dən Ruslan Əliyarov, 5-ci yeri “ABB” ASC-dən Rəsul Mənsimli, 6-cı yeri “ABB” ASC-dən Rəsul Əfəndiyev, 7-ci yeri “Expressbank” ASC-dən  Teymur Quliyev, 8-ci yeri “Kapital Bank” ASC-dən Fəxri Əhmədov qazanmışlar.

Artıq 8-cı dəfə keçirilən və hər il böyük marağa səbəb olan çempionatda 17 bank üzvündən 60-a yaxın nümayəndə iştirak etmişdir.

Qeyd edək ki, Çempionat Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan banklararası şahmat çempionatı ABA tərəfindən 2016-cı ildən illik əsasda keçirilməkdədir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.