Home » “Banks and Business Newspaper” – BBN.az-ın “Visa Inc.”in vitse-prezidenti Kristina Doros ilə MÜSAHİBƏSİ

“Banks and Business Newspaper” – BBN.az-ın “Visa Inc.”in vitse-prezidenti Kristina Doros ilə MÜSAHİBƏSİ

by ulviyya
0 rəy 54 baxış 7 dəqiqə oxuma

“Visa Inc.” dünya miqyasında fintex, rəqəmsal banklar və sahənin digər iştirakçıları ilə partnyorluğunu genişləndirməkdədir. Şübhəsiz, şirkətin bu il yenidən təşkil edilən Qafqazın ən nüfuzlu maliyyə texnologiyaları ilə bağlı yeganə tədbirində – “Fintex Sammit”də təmsil olunmağı da təsadüfi deyildir. “Visa Inc.”i Sammitdə görməkdən məmnunuq, Sizin üçün burada iştirak etmək nə üçün vacibdir?

Birinci növbədə qeyd etməliyəm ki, Sizinlə görüşməyimə çox şadam və növbəti dəfə bu Sammitə dəvət edildiyimizdən tədbirin təşkılatçılarına təşəkkür edirəm. Biz rəqəmsal ödəniş sistemləri sahəsinin ekspertləriyik və bu əməliyyatları hər gün edirik. Anlayırıq ki, bir çox insanlar arxa cəbhədə əməliyyatların aparılması prinsipini və ümumilikdə nələrin baş verdiyindən xəbərdar deyillər. Öz növbəmdə, hesab edirəm ki, bu çox yaxşı imkandır ki, Sizin nəşrin vasitəsiylə bu müsahibəni izləyən adi vətəndaşlar bu haqda məlumatlı olurlar. Ona görə də inanırıq ki, bu 2 səbəbdən çox önəmlidir. “Fintex Sammit”də iştirak etmək ona görə vacibdir ki, 2 gün ərzində sahənin ekspertləri bu platformada bir araya gəlir, o fintex, bank və s. əlaqəli sektorlarda nələrin baş verdiyindən məlumatlı olur, ətraflı müzakirələr aparır, bazarda ən son texnologiyaların tətbiqi haqda öyrənirlər. Bununla yanaşı, sektorda hansı çətinliklərin olduğu da müzakirə edilən məsələlər sırasında olur. Çox təəssüf ki, sektorda çətinliklər də var. Eyni zamanda birgə bu çətinliklərin öhdəsindən gəlməyin yollarını öyrənirik. Birinci növbədə yeni əməkdaşlıq imkanlarını, yeni layihələrin birgə icrası məsələlərini müzakirə edirik. Bu səbəbdən də Visa olaraq “Fintex Sammit”də iştirak etmək vacibdir. Qlobal sponsor olaraq tədbir təşkilatçılarını dəstəkləyirik. Şadıq ki, sektor liderləri, həqiqi innovatorlar, ekspertlər, təşəbbüskarlar üçün bu platformanı yaradırıq. Bu insanlar bir araya gəlirlər rəqəmsal-ödəniş dünyası və texnologiyasının gələcəkdə necə inkişaf edəcəklərini müzakirə edirlər. İkinci səbəb isə, biz istehlakçılarıq. “Fintex Sammit” kimi platformadan istifadə etməklə daha çox texnologiyanı bölüşürük, insanlar ilə bunu necə işlədiyini paylaşırıq və onlara bu texnologiyadan öz faydaları üçün necə istifadə edəcəklərini izah etmək bizim üçün çox vacibdir.

“Visa Inc.” qlobal iqtisadiyyatın inkişafına dəstək olmaqdadır. Məlumdur ki, kompaniya Azərbaycan bazarı da daxil olmaqla, 200-dən çox ölkədə biznes, bank və hökumətləri birləşdirir. “Visa Inc.” rəqəmsal ödəniş sistemi sahəsində rəqiblərindən öndə olması və dünya liderliyini nəylə izah edərdiniz?? 

Visa bazarda və biznesdə 60 ildən çoxdur ki, mövcuddur. Onu qeyd etməliyəm ki, əslində Visa dünyada ilk fintex şirkətdir, çünki maliyyə və texnologiyanı bir araya gətirib. Uzun illər əvvəl biz bazarda maqnit zolaqlı kartları tətbiq etmişdik. Həmin zaman tətbiq etdiyimiz texnologiyada informasiyanın zolaqda necə adaptasiya olduğunu müşahidə etmişdik. Bu həmin dövr üçün mükəmməl innovasiya idi. Həmin dövrdən bu yana biz bazara özümüzün yeni texnologiyasını, həllərini, məhsullarını gətirərək tətbiq edirik. Bazarın reaksiyası və bankların bu texnologiyadan istifadəyə cəlbi müsbət olur. Əminliklə qeyd etməliyəm ki, Visa fintex və rəqəmsal innovasiyalarda qlobal liderdir. Bir tərəfdən biz bundan çox şadıq, digər bir tərəfdən isə ödəniş ekosisteminin inkişafında yüksək səviyyədəki məsuliyyətimizi də dərk edirik. Visa olaraq biz rəqamsal həllərin, bir çox vacib elementlərini bir araya gətiririk, bütün bunların vəhdəti isə bizi dünya lideri edir. Ən vacibi isə innovasiyanın, texnologiyanın inkişafı və bizim ödəniş ekosistemi dünyada ən nəhənglərindən biridir. Və bu ekosistem – təhlükəsiz, tez, etibarlı və innovativdir. Yəni, birinci amil texnologiyadır. İkinci isə təcrübəmizdir və 200-dən çox bazarda əməliyyatlarımızı icra edirik. Biz ən qabaqcıl həlləri, təcrübə və imkanları bir araya gətiririk. Nəticədə əldə etdiyimiz təcrübələri isə digər bazarlar ilə bölüşürük. Misal üçün bunu Azərbaycanda etməkdən şadıq. Ən yeni texnologiyaları, ən yeni həlləri Azərbaycan bazarında tətbiq edirik. Üçüncü element isə bizim şirkətdə çalışan əməkdaşlardır, Visa-da olduqca ağıllı insanlar bir araya gəlməsini mən hər zaman xüsusi vurğulayım. Düşünürəm ki, texnologiya, təcrübələr və insanlar bizi rəqəmsal ödəniş sistemində dünya lideri edir.

Digər bazarlar, xüsusilə də Qafqaz regionu ilə müqayisə etdikdə, “Visa Inc.” tərəfindən gətirilən yeni həllərə bazarın adaptasiyasında oxşar və fərqli hansı cəhətlər vardır, ümumilikdə Azərbaycan bazarının spesifikliyi nədədir. Ölkəmizin potensialını necə qiymətləndirirsiz? 

Bu çox maraqlı sualdır. Çünki həmin ərazilərin inkişaf səviyyəsini görmək həmişə maraqlıdır – bunu isə rəqəmsal yetkinlik (digital maturity) adlandırırıq. Mərkəzi Asiya, Qafqaz, bizim qonşu ölkələr rəqəmsal yetkinlik (digital maturity) baxımından kifayət qədər fərqlidirlər. Fəaliyyət göstərdiyimiz bir bazar adaptasiya edilə biləndir, bir başqa bazar rəqəmsal yetkinlik baxımından olduqca yüksəkdir. Deməliyəm ki, Azərbaycan rəqəmsal baxımından həqiqi yetkinliyə çatıb. Biz burada innovasiyaların yüksək səviyyədə olduğunu müşahidə edirik. Yeni məhsul və texnoloji həllərin tətbiqinin yüksək səviyyədə olduğuna şahidik. Ödəniş səviyyəsinin inkişafı baxımından Azərbaycanı qiymətləndirməli olsam, deyə bilərəm ki, yeni texnologiyanın tətbiqi və istifadəsinə hazırdır. Bu bazarda insanlar həqiqi mənada yeni texnologiyaların tətbiqinə acdırlar. Onlar yeni texnologiyadan istifadə etmək istəyirlər. Yeri gəlmişkən, 2019-cu ildə bazarda tokenləşdirməni aktivləşdirdik və 2021-ci ildə “Apple Pay”, 2022-ci ildə isə “Google Pay” Azərbaycana gəldi. Şahidi olduq ki, bazar bu yeni texnologiyalara necə tez adaptasiya oldu. Çünki hər gün çoxsaylı insanlar gündəlik ödənişləri üçün Visa kartları ilə bağlı olan “Google Pay”, “Apple Pay”dən istifadə edirlər. Ümumilikdə, Azərbaycan baxımından deməli olsam, onlar yeni texnologiyaların tətbiqinə çox açıqdırlar və yeni texnologiyaları həvəslə qəbul edirlər.

Şirkət 2023-ün I rübündə Azərbaycan bazarında hansı qlobal təşəbbüsləri icra edib və cari ilin geridə qalan və digər illərdə hansı məsələlərə daha çox diqqət ayırmağı planlaşdırır? 

Biz burada çox işlər görürük. Məsələn, tokenləşdirmədən danışmaq istəyirəm və o çox sürətli şəkildə Azərbaycanda yayıldı. Başqa bir həll isə “Visa B2B Connect”dir. Bu həll isə şirkətlərə iqtisadi fəaliyyətləri üçün xaricə edilən ödənişlərə hesablanıb. Söhbət idxal, ixrac əməliyyatlarından gedir. Bunun maraqlı tərəfi odur ki, siz burada kartdan istifadə etmirsiniz. Blokçeyn texnologiyasına əsaslanan həlldir. Bu isə müştərilərə, banklara, şirkətlərə imkan verir ki, vəsaitlərini xaricə daha tez, etibarlı və daha məhsuldar şəkildə göndərsinlər. Bu çox böyük innovasiyadır. Azərbaycan ölkə kimi bu texnologiyaların təbiqində qlobal liderlərdən biridir. Biz bununla fəxr edirik.

– Fəaliyyət göstərdiyi digər bazarlarda olduğu kimi Azərbaycanda da qadın sahibkarlara dəstək “Visa Inc.”in prioritet qlobal təşəbbüslərindən biridir. “She’s Next Empowered by Visa” qlobal təşəbbüsü çərçivəsində azərbaycanlı qadın sahibkarlara necə dəstək olmaqdadır?

Mən çox şadam ki, siz bu sualı verdiniz. Bütün dünyada qadın sahibkarları dəstəkləməkdəyik. Bu bizim qlobal strateji hədəflərimizdən biridir. Həmçinin Azərbaycanda da bu təşəbbüsü dəstəkləməkdəyik. Belə təşəbbüslərdən biri ötən payızda baş vermişdir, münsiflər heyəti tərəfindən seçilən və finala qalan qadın sahibkara qrant verilmişdi. Bu təşəbbüsün Azərbaycanda davamını etməyi düşünürük. Hətta “Fintex Sammit”dən bir gün öncə bizim azərbaycanlı qadın sahibkarlar ilə biznes səhər yeməyimiz oldu. Burada “She’s Next”in rəqəmsal platformasını təqdim etdik. 17 bazar üzrə qadın sahibkarlar öz təcrübələrini burada paylaşırlar, onlar bu təcrübələrdən yola çıxaraq öyrənirlər. Həmçinin burada çoxlu öyrədici materiallar vardır. Eyni zamanda Linkedin platforması üzərindən də onlar burada, yaxud xaricdə özlərinə mentorlar tapa bilərlər. Onlara öz bizneslərini idarə etməyə mənəvi dəstək ola bilərlər.

– Bildiyiniz kimi 2023-cü ilin may ayında Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi ilə (IFC) Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası” qəbul edilmişdir. Rəqəmsal ödəniş sistemi sahəsinin öncüllərindən olaraq Strategiyanın kibertəhlükəsizlik və sektorun gələcəyi üçün nə kimi əhəmiyyəti olduğunu düşünürsünüz?

Bu çox vacib sualdır. Yeni texnologiyaların tətbiqi zamanı, çox təəssüflər olsun ki, fırıldaqçılıq halları da qaçılmazdır. Bu çox vaxtında qəbul edilmiş təşəbbüs və strategiyadır. Tənzimləyici təkcə bank üçün deyil, bütün bazar oyunçuları üçün yol xəritəsi və standart hazırlayıb. Bu bank da daxil olmaqla, fintex, başqa bazar iştirakçıları üçün də vacidir. Bu çox önəmlidir ki, Mərkəzi Bank bütün  sektor üçün kibertəhlükəsizlik sahəsinin inkişafı strategiyasını hazırlayıb. Əlbəttə ki, biz Visa olaraq bu təşəbbüsü çox dəstəkləyirik. Çünki təhlükəsizlik bizim bütün əməliyyatlarımızın açar amilidir. İnanırıq ki heç biri – bizim texnologiyalar, məhsullar, həllər təhlükəsizlikdən vacib deyil. Bunu texnoloji inkişafın prinsipi və təhlükəsizliyin standartı adlandırırıq. Bu o deməkdir ki, nə texnologiya inkişaf ediriksə edək onun ətrafında ən vacib amil təhlükəsizlik dayanır. Bu səbəbdən deməliyik ki, 60 ildən çoxdur ki, hökumətlər, bizneslər, şirkətlər arasında bu inamı yarada bilmişik. Bunu etməyə davam edirik. Xatırlatmalıyam ki, son 5 ildə şirkət olaraq fırıldaqçılıq halları ilə mübarizə aparmaq üçün sistemə 9 milyard dollar investisiya yatırmışıq.

Azərbaycan bankları rəqəmsal ödəniş sahəsində öncül olmaqda maraqlıdır və davamlı olaraq sektora investisiyalar yatırmağa davam edirlər. Söhbət yerli banklar ilə “Visa Inc.”in əməkdaşlığından getdikdə KSM və digər layihələr baxımından nə kimi yeniliklər var və gözlənilir? 

Mən deməliyəm ki, Azərbaycan bankları rəqəmsal innovasiyalar sahəsində öncül olmağa çalışmırlar, onlar artıq öncüldürlər. Çoxlu layihələr, işlər artıq tətbiq edilib. Bakı, yaxud hər-hansı bir şəhərə getsəniz, telefonunuz, smart saatlarınız, ödəniş üzüklərinizdən istifadə etməklə nağdsız əməliyyatları icra edə bilərsiniz. Başqa bir tərəfdən məsələn, mən sizə pul göndərmək istəyirəm, bunun üçün sizin kart məlumatlarınıza ehtiyac yoxdur. Sadəcə olaraq nömrənizi mobil kontakt siyahımdan tapıram və köçürməni tez, təhlükəsiz, edirəm. Deməliyəm ki, çox layihələr icra edilib. Ancaq biz burada dayanmayacağıq. Bizim bütün Azərbaycan bankları ilə əməkdaşlığımız möhkəmdir və biz bundan çox məmnunuq və çox təşəkkür edirik ki, onlar çox mükəmməl partnyor, vizyonu olan sənaye liderləridirlər. İnanırıq ki, birgə daha çox maraqlı işlər görməyə davam edəcəyik. Daha çox innovasiyaları Azərbaycan bazarına gətirməyə davam edəcəyik.

                                                                                                              Müsahibə üçün təşəkkür edirik!  

Müəllif: Ülviyyə Əlizadə

The interview has been taken by Ulviyya Alizade

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.