Home » Belçika ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

Belçika ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub

by Aytac
0 comments 0 views 1 minutes read

Belçika Müəssisələri Federasiyasının prezidenti ilə görüşdə qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması imkanları dəyərləndirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Belçika Müəssisələri Federasiyasının prezidenti, “FiB Belgium” şirkətinin icraçı direktoru Rene Branders ilə görüşüb.

Görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.

Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.

Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildə Belçika Sənaye Federasiyası və Belçikanın Sənaye Olmayan Müəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dan çox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündə birləşdirir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.