Beynəlxalq Valyuta Fondu dünya üzrə iqtisadi geriləmənin artacağını proqnozlaşdırıb

Beynəlxalq Valyuta Fondu (IMF) 2020-ci il Qlobal İqtisadi İcmalında dünya üzrə iqtisadi geriləmənin artacağını açıqlayib. Belə ki, hesabatın pessimist ssenari üzrə proqnozlarına  görə 2020-ci il üçün qlobal iqtisadi inkişaf -4,9 faiz olacaq. Bu isə aprel ayında təqdim olunan proqnozla müqayisədə 1,9 faiz geriləmə deməkdir.

Hesabatda bildirilir ki, COVID-19 pandemiyası bu dövr ərzində  dünya iqtisadiyyatına gözlənildiyindən daha mənfi təsir göstərib.  Beynəlxalq təşkilatın proqnozuna əsasən

2020-ci ilin yanvar ayında təqdim olunan hesablamalarla müqayisədə, 2021-ci il dünya üzrə ÜDM 6,5 faiz geriləmə ilə cəmi 5,4 faiz (aprel ayına olan proqnozla müqayisədə 0,4 faiz də aşağı) artacaq.

Hazırki dövrdə bütün dünyada yaşanan böhran vəziyyətinin digərlərindən fərqli xüsusiyyətlərindən biri də bir çox amillərə bağlı olaraq böhrandan bərpa müddətinin nə zaman başlayacağını və nəqədər davam edəcəyini proqnozlaşdırmağınqeyri-müəyyən olmasıdır. Pandemiyanın təsiri nəticəsində 2020-ci ilin birinci rübündə Çin, Hindistan, Çili, Malayziya, Tailand, Almaniya, Yaponiya istisna olmaqla digər bütün ölkələrdə sinxron qaydadaÜDM-də  geriləmə müşahidə olunub. İqtisadi inkişafda müşahidə olunan bu azalma ikinci rübdə Çin istisna olmaqla digər ölkələrdə daha da artıb. İnkişaf etmiş bir qrup ölkələrin isə 2020-ci ildə ÜDM səviyyəsinin ümumilikdə 8faiz olacağı gözlənilir. Daha detallı qeyd etsək bu azalmanın ABŞ-da 8, Yaponiyada 5,8, Böyük Britaniyada 10,2, Almaniyada 7,8, Fransada 12,5, İtaliya və İspaniyada isə12,8 faiz olacağı güman edilir.

Digər tərəfdən Beynəlxalq Valyuta Fondunun proqnozuna görə 2021-ci ildə inkişaf etmiş ölkələrinÜDM-nin 4,8 faiz artacağı düşünülür ki, bu da 2019-ci il ilə müqayisədə 4 faiz aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafın aprel ayına olan proqnozla müqayisədə 2 faiz aşağı düşərək -3 faiz olacağı gözlənilir. Aşağı gəlirli inkişaf etməkdə olan ölkələrdə isə -1 faiz olacağı proqnoz edilir. İnkişaf etməkdə olan ölkələrdən yalnız Çin istisna olmaqla 2020-ci iqtisadi inkişafın -5 faiz və 2021-ci il üzrə 4,7 faiz olacağı proqnozlaşdırılır. 2021-ci il üzrə bu göstərici 2019-cu ilin inkişaf səviyyəsindən qismən fərqlənir.

Ümumilikdə, indiki zamana qədər yaşanan bir çox böhranlar zamanı əhaliyə verilən sosial və maliyyə yardımlarınəticəsində adətən istehlaka dəyən zərərin qarşısını almaq mümkün olmuş, digər tərəfdəninvestisiya sahəsində daha çox geriləmə müşahidə edilmişdi. Lakin pandemiyanın yaratdığı kriziz istehlak səviyyəsinə və xidmət sektoruna da olduqca zərər verib, tələb şokunun yaşanmasına səbəb olub.  Böhran əmək bazarından da yan keçməyərək 2020-ci ilin birinci rübündə 130 milliyon, ikinci rübündə isə 300 milyon insanın iş yerini itirməsi ilə nəticələnib. Cari ilin birinci rübündə qlobal ticarətdə də təxminən 3,5 faiz, 2020-ci il üzrə isə 11,9 faiz geriləmənin olacağı gözlənilir.

Həmçinin, ümumi inflasiya səviyyəsində də geriləmə müşahidə olunur. Belə ki, 2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin aprel ayında inflyasiya inkişaf etməkdə olan ölkələrdə 4,2 faizə, inkişaf edən ölkələrdə isə 0,4 faizə düşüb. Bundan başqa, fiskal kəsirin əhəmiyyətli dərəcədə genişlənəcəyi və borc nisbətlərinin 2020-21 illərdə artacağı gözlənilir.İlkin ssenariyə əsasən, qlobal dövlət borcunun indiyə kimi müşahidə olunan ən yuxarı göstəriciyə – 2020-21-ci illərdə ÜDM-in 101 faizini keçərək, 19 faiz rekord səviyyəyə çatacağı pronozlaşdırılır. Fiskal kəsirin isə 2020-ci ildə bir il əvvəl ilə müqayisədə 10 faiz artaraq 14 faizə çatacağı gözlənilir.

Dünya ölkələrinin iqtisadiyyatlarının gələcək şoklara daha təkmil hazırlıqlarını təmin etmək üçün dövlətlərin tənəzzül dövründə avtomatik, vaxtında və müvəqqəti dəstəkləmə mexanizmlərinin dərhal həyata keçirilməsi istiqamətində addımlar atması nəzərdə tutulur. Çox şaxəli və güclü əməkdaşlıq bir çox sahələr üçün zəruri olaraq qalır. Tibbi böhran və xarici maliyyə vəsaitlərinin çatışmazlığı ilə üzləşən ölkələr üçün qlobal maliyyə təhlükəsizlik şəbəkəsi vasitəsiləborcluluq və maliyyələşdirmə kimi çətinlikləri nəzərdə tutan likvidlik probleminin həlli istiqamətində tədbirlərin görülməsi olduqca vacib hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır