Home » Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

by Zeyneb
0 comments 3 views 2 minutes read

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər.

Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb: “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl mənasında unudulmaz oldu. Birbank-a müştərilər üçün belə bir imkanı yaratdığı üçün təşəkkür edirəm.”

“Kontakt Home”dan hədiyyə kuponu qazanan Sevinc xanım qaliblər arasında olduğunu öyrənəndə çox təəccübləndiyini və sevindiyini bildirib: “Çox sevincliyəm. Məncə bu cür aksiyalar müştəriləri motivasiya etməklə yanaşı, gündəlik bank xidmətlərindən istifadəyə də əlavə maraq yaradır.”

“iPhone 16 Pro” qazanan Natavan xanım isə lotereyada hədiyyə qazanacağını heç vaxt düşünmədiyini qeyd edib: “Birbank tətbiqindən adi qaydada, demək olar ki hər gün istifadə edirəm. Kampaniya dövründə onlayn şəkildə kredit əldə etdim, bir müddət sonra isə qalib olduğumu öyrəndim. Mənim üçün çox gözlənilməz oldu. Belə lotereyaları tez-tez edin ki, hamı faydalansın.”

Qaliblərin ümumi siyahısı:

  • 45 nəfər – “Bravo” marketdən 50 AZN-lik kupon
  • 25 nəfər – “Kontakt Home”dan 200 AZN-lik hədiyyə kartı
  • 15 nəfər – “PAŞA Travel”dan 500 AZN-lik ölkədaxili səyahət paketi
  • 10 nəfər – “Apple Watch Series 8”
  • 4 nəfər – “iPhone 16 Pro”
  • 1 nəfər – “Toyota Corolla” avtomobili

Kimlər iştirak edə bilərdi? Lotereyanın şərtlərinə əsasən aşağıdakı xidmətlərdən istifadə edən minlərlə müştəri iştirak hüququ qazanırdı:

  • Birbank tətbiqindən və ya birbank.az, kapitalbank.az saytlarından nağd pul krediti,
  • Birbank Star kredit kartı və ya istənilən Birbank taksit kartı
  • m10 tətbiqindən nağd pul krediti
  • Birmarket.az üzərindən (əvvəlki adı: Umico) alış-veriş

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.