Coinmarketcap analiz şirkətinin məlumatına görə, Bitcoin də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 6,7 faiz azalaraq 2 trilyon 460 milyard dollara düşüb.
BBN.az bu barədə Bloomberg Türkiyə’yə istinadən xəbər verir.
Analitiklər bildirirlər ki, Bitcoin və digər kriptovalyutaların qiymətlərindəki eniş FED-in iyun ayında faiz dərəcələrini azaltmağa başlayacağına dair gözləntilərin azalması ilə bağlıdır.
Bitcoin keçən il təxminən 157 faiz dəyər qazanmışdı.
Bazar dəyərinə görə 2-ci yerdə olan Ethereum, son 24 saatda dəyərinin 10 %-ni itirərək 3 min 242 dollar səviyyəsinə düşüb.
Ethereum da 2021-ci ildə 4800 dollardan yuxarı qalxaraq rekord qırdı.